25 Noyabr 2020 12:55

Paşinyan kapitulyasiya istəyir, onlar qoymur – Erməni KİV

Erməni mediasında “dqr” adlı saxta bir qurumun “lider”i Araik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubla bağlı maraqlı məlumatlar yayılıb.

Ermənistanın “Yerkramas” saytı yazır ki, bu məktubun “gözüyaşlı dilənçi” ilə yanaşı Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan və bir neçə gün əvvəl (21 oktyabrda) görüşən separatçı liderlər Arkadi Qukasyan və Bako Saakyanın müştərək məhsulu olduğu ehtimal edilir.

Bu hoqqabazlığın səbəbi bəllidir. Azərbaycan Ordusu Şuşa və Laçına bir neçə kilometrlik məsafədədir. Bu məsafə keçildikdən sonra isə separatçı rejim tarixin ən dərin “zibilliyinə” getməyə məhkum olmaqla yanaşı, İrəvandakı rejimlə birlikdə müttəhim skamyasına oturacaq.

Nəşrin sözlərinə görə, Paşinyan separatçılardan “kapitulyasiya imzalamağı” tələb edir, lakin onlar razılaşmırlar.

Qeyd etmək lazımdır ki, Azərbaycan separatçıları münaqişə tərəfi kimi tanımır və müvafiq olaraq, onların “kapitulyasiyasını” da qəbul etməyəcək. Odur ki, Paşinyana müharibənin tezliklə başa çatmasının digər yollarını axtarmağı məsləhət görmək qalır. Bunlardan ən yaxşısı isə Ermənistan ordusunun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasıdır. (axar.az)

Paylaş: