24 Noyabr 2020 22:28

Qarabağ separatçılarının “müdafiə naziri” ağır yaralandı

Qondarma “dqr”in “müdafiə naziri” kimi təqdim edilən terrorçu Cəlal Arutyunyan yaralanıb.

Turkustan.info xəbər verir ki, bu barədə qondarma “dqr”in terrorçu rəhbəri Araik Arutyunyan məlumat yayıb.

O bildirib ki, ağır yaralanması səbəbindən “general” vəzifəsindən kənarlaşdırılıb. Hazırda Azərbaycan ərazisindəki silahlı separatçı-terrorçulara “general-mayor” Mikael Arzumanyan rəhbərlik edir.

Araik Arutyunyan ona artıq “general-leytenant” rütbəsi verdiyini də açıqlayıb.

Qeyd edək ki, ötən gün C.Arutyunyanın öldüyü haqda məlumat yayılmışdı.  /axar.az/

Paylaş: