25 Noyabr 2020 12:00

Bayramov Çavuşoğlu ilə danışdı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Turkustan.info xəbər verir ki, bu barədə Report-a Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı XİN başçıları Dağlıq Qarabağdakı son vəziyyəti, münaqişəyə dair yenilikləri müzakirə ediblər.

Paylaş: