25 Noyabr 2020 09:45

Ermənistan daha 59 hərbçisinin ölümünü ETİRAF ETDİ

Ermənistan Ordusu itkilərinin daha bir hissəsini etiraf edib.  

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, budəfəki siyahıda 59 hərbçinin adı var. Beləliklə, Ermənistan Qarabağ döyüşlərində 1068 hərbçi qulluqçusunun ölümü rəsmən etiraf edib.

Düşmən tərəfinin verdiyi itkilərin bundan dəfələrlə çox olduğu, ölkə ictimaiyyətindən gizlədildiyi xəbər verilir.

Paylaş: