23 Noyabr 2020 20:27

Ermənistan parlamentindən ağlasığmaz qərar: Vətəndaşların əmlakı müsadirə olunacaq

Ermənistanda qalmaqallı qanun qəbul olunub.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin bu gün qəbul etdiyi “Hərbi ehtiyaclar haqqında” qanuna əsasən, ordu ehtiyacları üçün fiziki və hüquqi şəxslərin əmlakı müsadirə oluna biləcək.

Qanun fiziki və hüquqi şəxslərin əmlakını, o cümlədən mənzil və avtomobil vasitələrini ordunun ehtiyacları üçün istifadə etməyə izavə verir. Bunun qarşılığında hökumət həmin şəxsə müvafiq kompensasiya ödəyə bilər.

Modern.az yazır ki, yeni qanun Ermənistan sakinləri arasında ciddi narazılıq doğurub.

Paylaş: