01 Dekabr 2020 03:52

Qazaxıstan səfiri Bərdəyə hücumu pislədi: “Beynəlxalq humanitar hüquq kobudcasına pozulub”

“Dinc sakinlərin həlak olması ilə nəticələnən Azərbaycanın Bərdə rayonunun raket atəşinə məruz qalması xəbərini böyük narahatlıq və üzüntü hissi ilə qəbul etdim”.

Turkustan.info xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyətli səfiri Serjan Abdıkarimov Bərdə şəhərinin atəşə tutulmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu cür addımlar beynəlxalq humanitar hüququ və mövcud olan atəşkəs razılaşmaları kobudcasına pozur.

Paylaş: