25 Noyabr 2020 08:44

Xanlıqda Suriya ermənilərinin yerləşdirildiyinin sübutu – Video

Azərbaycan Ordusunun Qubadlının Xanlıq kəndini işğaldan azad etməsindən sonra yaydığı görüntü Ermənistanın Qarabağa siyasəti və demoqrafik şəraiti dəyişərək müharibə cinayəti törətməsi ilə bağlı yeni faktları ortaya çıxarıb.

Turkustan.info xəbər verir ki, Xanlıq kəndindən çəkilən videoda yer alan görüntülərdə kənddə yeni yaşayış evlərinin olduğu müəyyən edilib. Bu evlər son 22 ildə Xanlıq kəndinə ermənilərin kütləvi şəkildə köçürüldüyü faktını bir daha təsdiqləyib. Xüsusən də bu kənddə Suriyadan olan ermənilərin məskunlaşdırılması üzə çıxıb.

Xanlığa Suriyadan və dünyanın digər regionlarından ermənilərin məskunlaşdırılması prosesinə 1998-ci ildən start verilib. Bu prosesə sponsorluğu Ermənistanın Diasporla İş üzrə Komitəsi və onun tabeliyində olan Hayastan Fondu, eləcə də Tufenkyan Fondu həyata keçirib. ABŞ-da və Ermənistanda böyük biznesi olan Tufenkyan ailəsi xüsusilə xaricdəki ermənilərin Qarabağa gətirilməsi bağlı layihələr, reklamlar, piar kampaniyaları, eləcə də tikinti proseslərini üzərinə götürüb.

Təkcə 2003-cü ildə Xanlıq kəndində 211 erməninin məskunlaşdığı bəlli olub. Bu say cari ilə qədərki dövr ərzində 800-ə yüksəlib. Üstəlik kəndə yerləşdirilən ermənilərin qondarma rejimin “ordusu”nun təlimlərində iştirakı məsələsi də onların qarşısına öhdəlik kimi qoyulub. Buna səbəb isə odur ki, Xanlığa köçürülənlər əsasən “döyüş təcrübəsi görmüş” şəxslərdir, başqa sözlə desək, terror qruplaşmalarında bu və ya digər şəkildə təmsil olunan ermənilərdir. Onlara yaradılan şərait müqabilində yalnız hərbi təlimlərdə iştirak şərti qoyulub.

Ermənilərin Xanlığa cəlbi prosesi təkcə pul ayrılması kimi məsələlərlə yekunlaşmayıb. Qondarma rejim məskunlaşdırmanın genişləndirilməsi üçün hətta lotereya da keçirib. 2014-cü ildə baş tutan lotereyalardan birində 5 dollara satdığı bilet hesabına Xanlıqda 37 yaşayış evi tikiləcəyi bildirilib.

Xanlıq kəndindən 2014-2017-ci illər arasında yayılmış evlərin fotolarını və Azərbaycan Müdafiə Nazirliyinin kəndin işğaldan azad olunmasından sonra çəkdiyi videonu (15-ci saniyədən başlayaraq – red.) müqayisəli təhlil üçün təqdim edir:

 

(axar.az)

Paylaş: