01 Dekabr 2020 02:57

Ermənistan 90 mülki şəxsimizi qətlə yetirib – Baş Prokurorluq

Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı son məlumat açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə bu saatadək:

Həlak olmuş şəxslərin sayı – 90

Yaralanmış şəxslərin sayı – 392

Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı- 2406

Yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı – 92

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 423-dür.

Paylaş: