24 Noyabr 2020 22:12

Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi

Ermənistan tərəfi oktyabrın 29-da gün ərzində ikinci dəfə itkilərinin sayı ilə bağlı rəsmi açıqlama yayıb.

Turkustan.info “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, siyahıda 47 erməni əsgərinin adı yer alıb. Beləliklə, Ermənistan tərəfi oktyabrın 29-da ümumilikdə 98 hərbçisinin öldüyünü açıqlayıb.

Bununla da Ermənistan tərəfi rəsmi şəkildə Qarabağda 1166 hərbçisinin ölümünü etiraf edib.

Xatırladaq ki, oktyabrın 29-da səhər saatlarında Ermənistan daha 51 hərbçisinin öldürülüdüyünü açıqlamışdı.   /modern.az/

Paylaş: