30 Noyabr 2020 14:32

Ermənistan muzdlu döyüşçülərdən hələ də istifadə edir: ABŞ və Rusiyadan da gəlir – Foto

Ermənistanın muzdlu döyüşçülərdən istifadə etməsi ilə bağlı daha bir fakt aşkarlanıb.

Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, məşhur dağ xizəkçisi olmuş Arsen Harutyunyan hazırda Qarabağdakı döyüşlərdə iştirak edir. Qış Olimpiya Oyunlarının iştirakçısı olan və uzun illər ABŞ-da yaşayan Arsen Amerikada məşhur məşqçilərdən sayılır. O, peşəkar dağ xizəkçiləri yetişdirir.

“Arsen müharibənin ilk günlərindən Ermənistana gəlib. O, 18-19 yaşlı əsgərlərə dəstək üçün cəbhəyə gedib. Təəssüf ki, Ermənistanda Arsen kimi idmançılara qiymət verilmədi… Amma ölkəsindən incimədi, ən ağır günlərimizdə Qarabağa gəldi. Arsenin belə jestindən nümunə götürərək bu günlərdə döyüşmək üçün ABŞ-dan, Rusiyadan və digər ölkələrdən xeyli sayda insan gəlib. Hazırda ölkəyə çox adamın qayıtmasını istərdik”, – deyə erməni mətbuatında yer alan məlumatda bildirilir.

Paylaş: