25 Noyabr 2020 05:41

Fransada şok: qadının başı kəsildi – Qatil “Allahu Əkbər” deyə qışqırıb

Cümə axşamı Fransanın Nitsa şəhərində bir kişi bıçaqla qadının başını kəsib.

Turkustan.info xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yerli polisə istinadən yayıb.

“Təcavüzkarlar Conflans-Sainte-Honorinedəki terrorçu ilə eyni üsuldan istifadə ediblər”.  Şəhər meri Kristian Estrosi BFMTV-nin jurnalistinə belə deyib.

Kişi hücum zamanı “Allahu Əkbər” deyə qışqırıb.

TASS xəbər verir ki, mer qurbanlardan birinin keşiş olduğunu söyləyib.

Fransa Prezidenti Emmanuel Makronun yaxın bir neçə saat ərzində Nitsaya gələcəyi deyilir.

Bundan əvvəl BFMTV hücumda üç nəfərin öldüyünü bildirib.     /konkret.az/

Paylaş: