03 Dekabr 2020 17:52

Hikmət Hacıyev Bərdədə türk jurnalistlə görüşdü: “Adamın gözləri yaşarır” – VİDEO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdəyə səfəri zamanı “CNN Türk” müxbiri Fulya Öztürklə görüşüb.

Turkustan.info xəbər verir ki, Hikmət Hacıyev Fulya Öztürkün timsalında Azərbaycanın haqq səsini dünyaya çatdıran türk jurnalistlərə təşəkkür edib.

“Qəhrəmananlıq nümunəsi göstərirsiz. Sizin verilişlərə baxanda adamın gözləri yaşarır. Əsgərlərimiz ön cəbhədə, siz də bu cəbhədə qəhrəmancasına vuruşursuz”, – deyə H.Hacıyev deyib.

Qeyd edək ki, Fulya Öztürk Gəncə terronu dünyaya çatdıran jurnalistlərin biri idi. Gəncədə dağıntılar altından cəsədi çıxarılan körpəyə əlinin dəydiyini deyən Fulya Öztürk canlı yayımda göz yaşlarını saxlaya bilmədi və “Bir vəhşətin ortasındayıq!” deyərək yayımı bitirib.

/Cebhe.info/

Paylaş: