Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Bərdə səfəri zamanı atdığı addım sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. 

Turkustan.info xəbər verir ki, Hikmət Hacıyev jurnalistlərin müsahibə zamanı mikrafonu saxlamaqda çətinlik çəkdiyini görüb və dərhal onlara köməklik göstərib.

Baş prokuror Kamran Əliyev müsahibə verərkən Hikmət Hacıyev mikrofonların bir hissəsini jurnalistlərdən götürərək özü saxlayıb. Bu məqam izləyicilərin diqqətindən qaçmayıb.

Sosial şəbəkələrdə Hikmət Hacıyevin ünvanına təriflər yağdırılıb.