26 Noyabr 2020 07:34

Prezident köməkçisindən 80 yaşlı erməni ilə bağlı açıqlama

“Bu gün 30 erməni əsgər, zabitin cəsədi və yaşlı ermənilərdən biri Ermənistan tərəfinə təhvil verilib”.

Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Yaşı 80-dən artıq bir kişi də var. O da tibbi şərait imkan verdiyi təqdirdə Ermənistan tərəfinə sağ-salamat təhvil veriləcək”, – o bildirib.

Paylaş: