24 Noyabr 2020 21:46

Rusiya da gözləyir: Qarabağ tez azad olunsun… – İvanov

Digər beynəlxalq müşahidəçilər kimi Rusiya da Qarabağ müharibəsindən maksimum kənarda duracaq.

Bu sözləri Axar.az-a İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin direktoru Andrey İvanov deyib.

Onun sözlərinə görə, Rusiya da daxil olmaqla, hər kəs Azərbaycan Ordusunun nəhayət ölkəsinin ərazi bütövlüyünü tamamilə bərpa etməsini gözləyir:

“Hər kəs cəbhədə hakim olacaq vəziyyətlə razılaşmağa hazırdır. Uzun illər ərzində hamını manipulyasiya etməyə çalışan rəsmi İrəvanla bitib-tükənməyən və tamamilə nəticəsiz olan danışıqlar hər kəsi açıq-aşkar boğaza yığıb. Hər kəs tərəfdaşları ilə normal və praqmatik münasibətlər qurmaq istəyir, artıq heç kim Ermənistanın öz dövlətçiliyi üzərində alverçilik etmək cəhdlərinə qulaq asmaq istəmir”.

Paylaş: