23 Noyabr 2020 20:43

Ərdoğandan İzmirdəki zəlzələ ilə bağlı – Açıqlama

İzmirdəki zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun.

Turkustan.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tviterdə qeyd edib.

“Dövlətimiz bütün imkanları ilə zəlzələdən zərər çəkən vətəndaşlarımızın yanındadır. Aidiyyəti qurumlarımız və nazirlərimiz bölgədə lazımi işlərə başlamaq üçün hərəkətə keçib”, – Ərdoğan bildirib.

Qeyd edək ki, bir qədər əvvəl İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib.  /Axar.az/

Paylaş: