24 Noyabr 2020 04:41

Azərbaycan Ordusu Laçını azad edərsə… – Abrahamyan

Laçının önəmini izah etməyə ehtiyac yoxdur. Bu, müharibənin geri çəkilməyin mümkün olmadığı əsas məqamlarından biridir.

Turkustan.info xəbər verir ki, bu barədə publisist Qrant Ter-Abrahamyan öz Feysbuk səhifəsində yazıb.

“Bir həftə öncə yazdığım kimi, bu, müharibənin həlledici mərhələlərindən biridir. Düşmən (Azərbaycanı nəzərdə tutur – red.) Laçına təhlükə yaradır. Digər tərəfdən Şuşa üçün cənubdan real bir təhlükə yaratmağa çalışır. Laçının əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Bütün düşüncələrin, sözlərin, əməllərin, bütün ermənilərin artıq bir adı olacaq – Laçın. Bu, müharibənin geri çəkilməyin mümkün olmadığı əsas məqamlarından biridir”, – Abrahamyan bildirib.

Qeyd edək ki, Laçın koridorunun bağlanması ilə Azərbaycanın işğal altında olan ərazilərindəki Ermənistan ordusunun bütün təchizatının kəsiləcəyini anlayan düşmən Laçının Azərbaycan ordusu tərəfindən azad edilməsini müharibənin başa çatması kimi qiymətləndirir. Buna görə də Ermənistan Müdafiə naziri Tonoyan Laçının işğalda saxlanılması məsuliyyətini öz üzərinə götürüb.  /Axar.az/

Paylaş: