25 Noyabr 2020 05:32

Dağıntılar altından sağ-salamat çıxarıldı – VİDEO

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələnin fəsadları aradan qaldırılır. 

Turkustan.info xəbər verir ki, indiyə qədər dağıntılar altından 70-dən çox insan xilas edilib. 12 binada axtarış xilasetmə əməliyyatı aparılır.

Zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb, 6 nəfər həlak olub.

Qeyd edək ki, xilasetmə əməliyyatları zamanı dağıntılar altında qalmış şəxsin sağ-salamat çıxarılması kameralara həkk olunub. 

Həmin görüntüləri təqdim edirik:

/Modern.az/

Paylaş: