29 Noyabr 2020 03:14

Ermənilərin mülki əhaliyə TERROR HÜCUMU: 7 AİLƏ YOX EDİLDİ

Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı hücumları nəticəsində 7 ailə tamamilə məhv olub.

Turkustan.info xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 4 uşaq hər iki valideynini itirib.

K.Əliyev həmçinin vurğulayıb ki, hücumlar nəticəsində Gəncədə 26, Goranboyda 22, Ağdamda 7, Bərdədə 27, Füzulidə 3, Beyləqanda 2, Ağcabədidə 1 mülki şəxs həlak olub. (publika.az)

Paylaş: