03 Dekabr 2020 17:55

Nikol müharibəni uduzub: əgər etiraf etsə… – İsrail eksperti

Ermənistan rəhbərliyinin dinc vətəndaşları qətlə yetirmək məşğuliyyəti XXI əsrdə terrorizmdir. Onlar hər kəsin bildiyi bütün beynəlxalq konvensiyaları, xüsusən də 1949-cu ilin Haaqa Konvensiyasını pozur.

Turkustan.info xəbər verir ki, bunu israilli ekspert, beynəlxalq hüquq və siyasət üzrə mütəxəssis Mixail Finkel “Anastasiya Lavrina ilə xüsusi buraxılış” verilişinin efirində bildirib.

Onun sözlərinə görə, İrəvan vəlvələ içindədir:

“Müharibəni uduzurlar və bu əzabdır! Döyüş əməliyyatları xəritəsi qarşısında əlacsız qaldıqlarını nəzərə alaraq, özlərini müdafiə edə bilməyənləri – qadınları, uşaqları, qocaları, ümumiyyətlə, mülki şəxsləri hədəf alırlar. Və dünya da bunun qarşısında susur. Kimsə bir söz demir, sanki bu baş vermir…”

Ekspert Ermənistan hökumətinin iğtişaş, inqilab və mövcud rejimin devrilməsindən qaçmaq üçün cəbhədəki vəziyyət və Azərbaycan Ordusunun irəliləməsi barədə öz xalqına yalan danışmağa davam etdiyini də qeyd edib:

“Paşinyan hakimiyyətdə qalmaq istəyir və “luzer” (uğursuz, məğlub olan) kimi görünmək istəmir. Rəsmi Bakının Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun uğurları barədə şübhə doğurmayan məlumatlar dərc etdiyi zaman ermənilərin yalanları üzə çıxır.

Ermənistanın Baş naziri Paşinyan Azərbaycanla müharibəni uduzsa da, bunu etiraf etməkdən qorxur. Çünki bu, onun devrilməsinə gətirib çıxaracaq”.  /Axar.az/

Paylaş: