24 Noyabr 2020 04:58

Ordumuza atəş açan erməni keşiş MƏHV EDİLDİ

Ermənistan Apostol kilsəsinin keşişləri Azərbaycan Ordusuna qarşı döyüşlərə qatılıb.

Eçmiədzindəki erməni apostol kilsəsinin informasiya xidmətinin direkotru Vaqram Melikyan daha 1 keşişin Qarabağda ölümü barədə məlumat verib.

Onun sözlərinə görə, keşiş Rüstəm Poqosyan Qarabağ uğrunda döyüşlərdə ölüb. Kilsə rəsmisi bundan əvvəl, Narek Petrosyan adlı keşişin Ordumuz tərəfindən məhv edildiyini açıqlamışdı. (modern.az)

Paylaş: