24 Noyabr 2020 05:12

Putin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin operativ iclası keçirilib.

Məlumata görə, iclasda Dağlıq Qarabağ münaqişəsi, Avropadakı faciəvi hadisələr müzakirə olunub.
Bundan başqa, Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında ölkə daxili məsələlər barəsində də fikir mübadiləsi aparılıb.  /bakupost.az/

Paylaş: