03 Dekabr 2020 17:20

Sabiq Baş nazir: “Sülhməramlı məsələsi yalnız Azərbaycanla razılaşdırılmalıdır”

“Münaqişə zonasına sülhməramlı qüvvələrin gəlməsindən danışılır”.

 Turkustan.info xəbər verir ki, bunu Xalq Partiyasının sədri, sabiq Baş nazir Pənah Hüseyn deyib.

O bildirib ki, bütün bu məsələlər yalnız Azərbaycanın razılığı ilə olmalıdır:

“Hərbi əməliyyatlar Azərbaycan ərazisində getdiyinə və beynəlxalq müşahidəçilərin (sülhməramlıların) də hazırda məhz bu ərazidə yerləşdirilməsi müzakirə olunduğuna görə Ermənistan bu məsələdə tərəf ola bilməz. Əgər bu istiqamətdə hansısa bir hərəkət olacaqsa, məsələnin konkret parametrləri (harada, hansı statusla, hansı ölkənin qüvvələri, nə müddətə və s.) bütünlüklə və yalnız Azərbaycanla razılaşdırılmalıdır”.   /Cebbhe.info/

Paylaş: