23 Noyabr 2020 20:02

Türkiyə zəlzələsində ölən və yaralılar haqda ilkin məlumat

Bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub

 Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə ilkin məlumatlara  görə, 4 nəfər həlak olub.

Turkustan.info Türkiyənin NTV kanalına istinadən bildirir ki, 120 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

Məlumatı Türkiyənin Fövqəladə Hallar Nazirliyi (AFAD) yayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. Beş binanın tamamilə dağıldığı, xeyli evin zərər gördüyü bildirilir. İnsanlar panikaya düşərək küçələrə çıxıblar.

 

Paylaş: