01 Dekabr 2020 03:31

Azərbaycanın müxalifət lideri Paşinyana TƏKLİF ÜNVANLADI

Müsavat Partiyasının başqanı Arif Hacılı Ermənistanın baş naziri Nikol Paşinyana təkilif ünvanlayıb.
Turkustan.info xəbər verir ki, bu barədə A.Hacılı Facebook səhifəsində yazıb:
“Ermənistanın dövlət rəhbəri hərbi dəstək, döyüş əməliyyatlarının dayandırılması üçün növbəti dəfə Rusiya prezidentinə müraciət edib və rədd cavabı alıb.
Paşinyan hərbi əməliyyatların dayandırılması üçün Vladimir Putinə yox, İlham Əliyevə müraciət etməlidir.
Atəşkəsin şərtləri elan olunub.
İndi bu vəziyyətdən ən düzgün çıxış yolu Azərbaycan tərəfin bu şərtlərinə əməl etmək, silahlı birləşmələri işğal edilmiş ərazilərdən çıxartmaqdır.
Paşinyana mesajım:
Müharibənin taleyi həll olunub və nəticənin necə olacağı hər kəsə bəllidir. Bundan sonra müqavimətin davam etdirilməsi bu nəticəni dəyişdirməyəcək.
Hərbi, siyasi və milli mənafelər baxımından əhəmiyyətsiz olan bu müqavimətin davam etdirilməsi nəticəsində çoxsaylı insan tələfatına və iqtisadi potensialın məhv edilməsinə görə tarixi məsuliyyət Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin üzərində qalacaqdır.
Problemin həllinin açarı Moskvada, Parisdə, Cenevrədə deyil…Bakıdadır”.

Paylaş: