29 Noyabr 2020 02:59

Məcburi köçkünlər azad edilmiş torpaqlarda işlə təmin olunacaqlar

“Cari ilin 9 ayının nəticələrinə əsasən hazırda özünüməşğulluq proqramına cəlb edilmiş 8 mindən çox şəxsin içərisində minlərləsi məcburi köçkünlərdir”

 Özünüməşğulluq proqramına cəlb olunan məcburi köçkünlər azad edilmiş torpaqlara qayıtmağa hazırlaşırlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev məlumat verib. O bildirib ki, özünüməşğulluq proqramı görünən odur ki, heç bir vətəndaşın kənarda qalmasına imkan verməyib. Bura məcburi köçkünlər də daxildir: “Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq 2018-ci ildən proqramın əhatə dairəsi daha da genişləndirilib. Belə ki, 2018-ci ildə 7267, 2019-cu ildə 10 min 352 nəfər bu proqrama cəlb edilib”.

DMA-nın İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyevin sözlərinə görə, cəlb olunanlar arasında məcburi köçkünlər də ön sıralarda gedirlər: “2018-ci ildə proqrama cəlb edilən məcburi köçkünlərin sayı 2 min, 2019-cu ildə 3 min yaxındır. Cari ilin 9 ayının nəticələrinə əsasən hazırda özünüməşğulluq proqramına cəlb edilmiş 8 mindən çox şəxsin içərisində minlərləsi məcburi köçkünlərdir”.   /sputnik.az/

Paylaş: