24 Noyabr 2020 04:08

Nazirlərin 6 saatlıq görüşü başa çatdı

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri – Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Qeyd edilir ki, görüş 6 saatdan çox davam edib. XİN başçılarının müzakirələrinin detalları açıqlanmır.

Paylaş: