24 Noyabr 2020 05:37

SON DƏQİQƏ: ABŞ Dağlıq Qarabağda İsveç sülhməramlılarını yerləşdirilməyi təklif etdi – VİDEO

ABŞ Skandinaviya ölkələrindən olan sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi üzərində işləyir.

Turkustan.info xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn bu barədə Los-Ancelesin erməni icması ilə görüşündə bildirib.

“Skandinaviya ölkələrinin hökumətləri ilə atəşkəs rejimini qorumaq üçün Dağlıq Qarabağa sülhməramlıları göndərmək üzərində işləyirik”- deyə R.Obrayn bildirib.

O vurğulayıb ki, “Dağlıq Qarabağ münaqişəsi zonasındakı hər hansı bir silahlı sülhməramlı qüvvələrin tərkibinə ABŞ və ya qonşu ölkələr daxil olmaqla Minsk qrupunun həmsədr ölkələri daxil olmamalıdır.”   /konkret.az/

Paylaş: