25 Noyabr 2020 07:05

Tramp Baydenə meydan oxudu: “Biz 64 faiz səslə qalib gəlmişik”

Donald Tramp Ağ Evdə seçki ilə bağlı çıxış edib.

Turkustan.info xəbər verir ki, o, seçkilərdə qələbə qazandığını bildirib: “Fenomenal nəticələr əldə etmişik! Kimsə bunu gözləmirdi! Biz böyük bayrama, qələbəni qeyd etməyə hazırlaşırıq!”

Trampın sözlərinə görə, bundan sonra Baydenin ona çatması mümkün deyil: “O qədər irəlidəyik ki, demokratlar arxamızca çata bilməzlər. Bizim fərq o qədərdir ki, hər hansı təftişə gərək yoxdur. Bundan sonrakı əlavə səslərə də ehtiyacımız yoxdur. Biz 64 faiz səslə qalib gəlmişik”.

Xatırladaq ki, Donald Tramp səslərin hələ sayılıb qurtarmadığı 6 ştatın 5-də birinci yerdədir.

Belə ki, bületenlərin 64 faizinin sayıldığı Pensilvaniyada D.Tramp səslərin 56,1, səslərin 71 faizinin sayıldığı Miçiqanda 53,4, həmçinin 94 faizinin sayıldığı Şimali Karolinada 50,1 faizini, 80 faizinin sayıldığı Corciyada 56 faizini, 91 faizinin sayıldığı Viskonsində 51,3 faizini qazanıb.

Demokrat Partiyasının namizədi Co Bayden isə bületenlərin üçdə ikisinin sayıldığı Nevada ştatında səslərin 50,3 faizini əldə edib.   /Mia.az/

Paylaş: