25 Noyabr 2020 07:06

ABŞ-ın bu şəhərində etirazları yatırmaq üçün Milli Qvardiya yeridildi

Oreqon ştatı rəhbərliyi prezident seçkilərindən sonra vətəndaşların küçələrə çıxdığı Portlandda ictimai asayişi qorumaq üçün Milli Qvardiyadan istifadə etməyə qərar verdi.

Turkustan.info xəbər verir ki, bu barədə Maltnom dairəsinin şerifinin Twitter hesabında məlumat yayılıb:

“Xalqın təhlükəsizliyi naminə, qubernator Keyt Braun yerli hüquq-mühafizə orqanlarına hər cür zorakılıq hadisəsinin qarşısını almaqda kömək etmək üçün Milli Qvardiyadan istifadə etmək qərarı verib”.

Polis iğtişaşları qiyam elan edib, ondan çox adam saxlanılıb.

Fox News-un məlumatına görə, etirazçılar molotov kokteyli və şüşə butulkalar atıblar. Onlardan birində silahı olub. Televiziya kanalı qeyd etdi ki, Milli Qvardiya zabitləri polis qrupları ilə birgə hərəkət edəcəklər.   /avropa.info/

Paylaş: