25 Noyabr 2020 06:37

Putin “Quran” oxudu

Rusiya Prezidenti Vladimir Putin “Qurani-Kərim”dən ayələr oxuyub.

Turkustan.info xəbər verir ki, Putin Rusiyanın Milli Birlik Günü münasibətilə ölkəsindəki dini nümayəndələrlə video formatdakı görüşdə sevgi, yaxşılıq və bu xislətlərin mükafatlarına dair “Şura” surəsinin 23-cü, “Nəhl” surəsinin 128-ci ayələrini rusca oxuyub.

Dövlət başçısı daha sonra çıxışında Rusiya üçün etnik və dinlərarası sülhün çox əhəmiyyətli olduğunu, bu sahədə mümkün qədər həssas və islahatçı davranmağa çalışdıqlarını bildirib.

“Söz azadlığı adı altında inanclıların duyğularına həqarət edən, bunu zorakılıq və dözülməzlik səbəbi olaraq istifadə edən müxtəlif təxribatçıların hərəkətlərinin nəyə yol açdığını görürük”, – Putin qeyd edib.

Qeyd edək ki, Rusiyada 20 milyona yaxın müsəlman yaşayır. (publika.az)

Paylaş: