01 Dekabr 2020 03:55

“Erməni diasporu xeyriyyə qurumları adı altında orduya vəsait toplayır” – Prezidentin köməkçisi

“Erməni diasporu qeyri-kommersiya və xeyriyyə qurumları adı altında silahlı qüvvələrinə vəsait toplayır”.

Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

Onun sözlərinə görə, vəsait “Sərhədlər bizik – hər şey “Arsax” üçün” şüarı altında toplanır.

““Ermənistan Fondu”, AGBU, “Ontarionun erməni Kanada Tibb Birliyi”, “Erməni Kömək Fondu”, “Tufenkian” vəqfi, “Erməni Kömək Dərnəyi” bu prosesdə iştirak edir”, – deyə H. Hacıyev vurğulayıb.

Paylaş: