25 Noyabr 2020 06:06

Peskov “Putinin sağalmaz xəstəliyi” haqqında danışdı – Bu yaxınlarda istefa verəcək?

Prezidentin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin sağalmaz bir xəstəliyə tutulduğunu,  ailəsinin təkidi ilə istefaya hazırlaşdığı barədə Qərb mediasında yayılan məlumatları təkzib edib.

Turkustan.info xəbər verir ki, Kremlin spikeri bu haqda jurnalistlərə deyib.

“Bu tamamilə cəfəngiyatdır,  prezidentdə hər şey yaxşıdır” deyə o, qeyd edib.

Vladimir Putinin yaxın gələcəkdə istefa etməyəcəyini də sözlərinə əlavə edib.

Daha əvvəl İngilis mətbuatı öz mənbələrinə istinad edərək (bununla yanaşı, rusiyalı politoloq Valeri Solovini xatırladaraq) Putinin guya Parkinson xəstəliyindən əziyyət çəkdiyini yazmışdı.

“The Sun” tərəfindən yayımlanan video görüntülərdə guya prezident oturduğu kreslonun qol dayaqlarını tutur,  ayaqlarını davamlı hərəkət etdirir. Həkimlər bunu “yaşanan ağrıları gizlətmək cəhdi” kimi qiymətləndiriblər. Ekranda Putinin barmaqlarının müntəzəm olaraq, xüsusən də qələm götürəndə, fincan sıxanda titrədiyi görünür.

Qərb jurnalistləri yazır ki, bu, yaxın zamanda Dövlət Dumasına təqdim edilən Rusiya Federasiyasının keçmiş prezidentləri üçün toxunulmazlıq haqqında qanun layihəsi gələcək istefanın dolayı təsdiqidir.     /konkret.az/

Paylaş: