01 Dekabr 2020 03:41

Qubadlının məscidi donuzxanaya çevrilib – Hikmət Hacıyev – VİDEO

Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.

Turkustan.info xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.

O bildirib: “Biz UNESCO, İSESCO və İslam Əməkdaşlıq Təşkilatını (İƏT) addımlar atmağa və bu cür barbar hərəkətləri qınamağa çağırırıq”. (publika.az)

Paylaş: