25 Noyabr 2020 06:51

Ərdoğan və Putin Qarabağı müzakirə etdilər: “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxması…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Turkustan.info “xəbər verir ki, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

Ərdoğan Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxması zəruriliyini bildirib. Prezident Ərdoğan, Azərbaycanın əks əməliyyatının yalnız öz əraziləri ilə məhdudlaşdığını vurğulayıb.
Erməni rəhbərliyinin danışıqlar masasına oturdulmasına zəruri olduğunu deyən Ərdoğan, bu münaqişəyə son qoymağın və bölgəni sabitləşdirməyin vacib olduğunu qeyd edib.

Rusiya və Türkiyə dövlət başçıları münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.

Prezidentlərdən sonra Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla telefonla danışıb.

Telefon söhbətində nazirlər Dağlıq Qarabağ mövzusunda fikir mübadiləsi aparıblar.

 

Paylaş: