25 Noyabr 2020 06:05

Bayden xalqa səsləndi: Trampa səs verənlər…

Söz verirəm ki, parçalayan deyil, birləşdirən prezident olacağam.

Turkustan.info xəbər verir ki, bunu ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib.

O bildirib ki, prezident Trampa səs verənlərin məyusluğunu başa düşürəm:

“Mən iki dəfə məğlub olmuşam. Ancaq indi bir-birimizə şans verməliyik. Rəqiblərimizə düşmənimiz kimi baxmamalıyıq. Onlar düşmənimiz deyil, amerikalıdır. Bazar ertəsi pandemiyaya qarşı mübarizə üçün ekspertlər qrupu yaradacağam. Bundan başqa, iqtisadiyyatı canlandırmaq, sistemli irqçiliyin kökünü kəsməyin və iqlim dəyişikliyi ilə mübarizəyə başlamağın vaxtı gəldi”.  /Axar.az/

Paylaş: