25 Noyabr 2020 07:02

Ermənistanda əhaliyə SƏRT HƏDƏ: hamısı həbs olunacaq

Ermənistanda etiraz aksiyalarına qatılanlar həbs olunacaq.

Turkustan.info xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, müxalifətin mitinqində iştirak edən hər kəs cəzalandırılacaq.

Qeyd edək ki, 11 noyabr saat 13:00-da erməni müxalifəti paytaxt İrəvanda hökumətə qarşı mitinq keçirəcəyini bəyan edib.

Ermənistan hökumətinin Ermənistan respublikasında hərbi vəziyyətin elan edilməsi haqqında “27 sentyabr 2020-ci il tarixli 1586-N saylı fərmanına əsasən, Ermənistanın bütün ərazilərində iclasların, tətillərin və mitinqlərin təşkili, keçirilməsi və iştirakı qadağandır. Kütləvi tədbirlərdə xəsarət yetirənlərə isə 5 ilə qədər həbs cəzası verilir. (publika.az)

Paylaş: