25 Noyabr 2020 05:45

Ərdoğan ASELSAN-ın yeni sistemlərinin AÇILIŞINDA

Bu gün Ankarada Türkiyənin ən güclü istehsal komplekslərindən olan ASELSAN-ın (Hərbi Elektronika Sənayesi) yeni sistem və təsisatlarının açılışı olub.

Turkustan.info xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki böyük uğurlarından danışıb.

Prezident bildirib ki, 2002-ci ildə ölkə üzrə 62 müdafiə sənayesi layihəsi olduğu halda hazırda onların sayı 700-ə çatıb. Bununla da ölkəyə qarşı gizli və açıq şəkildə tətbiq olunan embarqoların təsiri dəf edilib. Bütün istehsal gücü yerli mühəndislər tərəfindən tənzimlənir.

“Dünyanın ilk 100 müdafiə şirkəti sırasında 7 firma ilə təmsil olunuruq. Təkcə son 5 ildə 5 firmamız da bu siyahıya daxil olub”, – deyə Ərdoğan bildirib.

Paylaş: