30 Noyabr 2020 14:41

Əsərləri ilə tarix yazan bəstəkarımız – VİDEO

Bir sıra mahnıların, kompozisiyaların müəllifi olan tanınmış,sevilən bəstəkar Sevinc Tofiqqızının vətənpərvərlik ruhunda yeni mahnı və klipi işıq üzü görüb.

Turkustan.info xəbər verir ki , Ramiz Abdullayevin sözlərinə bəstələnmiş “Azərbaycan diyarında” adlanan bu əsəri əvvəlkilərdən fərqləndirən bir sıra mühüm xüsusiyyətlər var. Əvvəla onu qeyd edək ki, bu mahnının klipin rejissoru Samm TV-nin yaradıcısı və prodüsseri, Stokkolm şəhərində yaşayan həmyerlimiz Rahim Telman Sadiqbəylidir.(RTS). Əgər bu mahnının sözlərinə diqqət yetirsək görərik ki, Azərbaycan xalqının Səfəvilər hakimiyyəti vaxtından başlayaraq qədim tarixindən söhbət açıllr. Azərbaycan mərhələ-mərhələ öz torpaqlarını itirərək ərazi bütövlüyünü qoruyub saxlamayıb. 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Səfəvilər dövlətinin farslarla Çar Rusiyası arasında bölünməsindən başlayaraq 1918-ci ildə Irəvanın Ermənistana verilməsinə qədər olan tarixi faktlar mahnıda geniş əksini tapıb. Bu gözəl, tarixi əsəri 2019-cu il Televiziya muğam müsabiqəsinin qalibi Rəvan Qaçayev səsləndirib. Sevinc xanım mahnının sözlərinin müəllifi Ramiz Abdullayevə, ifaçısı Rəvan Qaçayevə, balaban ifaçısı Rəfael Əsgərova, aranjimana görə Şahin Əhmədova, rejissoru Rahim Telman Sadiqbəyli və bütün zəhməti keçən komandaya öz təşəkkürünü bildirərək növbəti klipinin Şuşa şəhərində keçirilməsini arzy etdiyini bildirib.
Öz vətənpərvərliyi ilə daima öndə gedən, xarici və daxili gözəlliyin vəhdətini özündə birləşdirən Sevinc xanım Tofiqqızının daha böyük uğurlara imza atacağına şübhə etmirik.

ƏSƏRLƏRİ  İLƏ TARİX YAZAN BƏSTƏKARIMIZ - VİDEO

Paylaş: