01 Dekabr 2020 02:54

Moskvadan Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə REAKSİYA

Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi ilə bağlı prezident Rəcəb Rayyib Ərdoğanın fərman layihəsi respublikanın qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur.

Turkustan.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı sənədin ölkə parlamentinə daxil olması ilə bağlı məlumatı şərh edərkən bildirib.

“Məsələ ondadır ki, Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq. Ora Türkiyə hərbçilərini göndərmək lazımdır. Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur. Bu, Türkiyənin daxili işidir. O ki, qaldı Azərbaycan ərazisində birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı razılığa, bu, Rusiya və Türkiyə ikitərəfli razılaşmasının məhsuludur”, – deyə Kremlin sözçüsü vurğulayıb. (modern.az)

Paylaş: