25 Noyabr 2020 05:55

Tramp bu tarixdə raketlərlə İranı VURMAQ İSTƏYİB, SON ANDA… – SENSASİYA

ABŞ Prezidenti Donald Tramp 12 noyabrda Ağ Evin Dəyirmi Ofisində müşavirləri ilə iclas keçirib. İclasda İranın ən böyük nüvə müəssisəsi “Natanz”ın ballistik raketlərlə vurulması məsələsi müzakirə olunub.

Turkustan.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” 4 amerikalı vəzifəli şəxsə istinadən informasiya yayıb.

Bildirilib ki, səlahiyyətli şəxslər D.Trampı hücum qərarından çətinliklə vaz keçiriblər.

Mənbələrin məlumatına görə, bu görüş beynəlxalq müfəttişlərin İrana təqdim olunan zənginləşdirilmiş uran miqdarında əhəmiyyətli dərəcədə artım olduğunu söyləməsinin ardınca baş tutub.

İclasa prezidentin köməkçisi Mayk Pens, dövlət katibi Mayk Pompeo, müdafiə naziri müşaviri Kristofer Miller və baş qərargah rəisi Mark Millinin qatıldığı bildirilir.

Ağ Evdən xəbərlə bağlı hər hansı açıqlama gəlməyib. (publika.az)

Paylaş: