25 Noyabr 2020 05:52

Yeni dünya düzəni: Almaniya regionda güc mərkəzinə çevrilir

“Qarabağ məsələsi SSRİ-ni dağıtmışdı, indi guman ki, dünyanı dəyişdirəcək”.

Turkustan.info xəbər verir ki, bunu tarixçi alim Altay Göyüşov deyib.

Yeni dünya düzəni: Almaniya regionda güc mərkəzinə çevrilir

O qeyd edib ki, Avropanın bütün hərbi yükü Fransanın üzərinə düşsə də o, bunu qarşılaya bilməz:

“Mahiyyət nədir? Bütün Avropa mətbuatı eyni şeyi yazır ki, qitə Qarabağ münaqişəsinə müdaxilə etmək gücündə olmadığını göstərdi. Səbəb də hərbi gücün olmaması. Qonşuluqda iki hərbi güc formalaşıb: Rusiya və Türkiyə. Bu, Avropa üçün təhdid kimi qiymətləndirilir.

Avropalılar deyir ki, dünənə kimi Avropanın hərbi gücünü Britaniya və Fransa formalaşdırırdı, həmçinin Amerikanın qeydsiz-şərtsiz dəstəyi vardı. Britaniya Avropadan çıxdı. Amerika isə Tramp Administrasiyası dövründə NATO-ya əvvəlki önəmi vermədiyini göstərdi. Amerika hərbi bazaları isə Almaniyadan Polşaya daşınır.

Bu şəraitdə Avropa şərhçiləri yazır ki, belə çıxır bütün Avropanın hərbi yükü tək Fransanın boynuna düşür. Fransanın tək başına Avropanın hərbi yükünü boynunda daşıyacağı isə mümkün deyil, gücü çatmaz.

Nəzərlər yönəlir Almaniyaya ki, hərbi əzəmətini bərpa eləsin. Almanların özlərinin səsi çıxmır. Sadəcə görürlər ki, dünənə kimi ona hərbisini inkişaf etdirməyə qadağa qoyanlar, indi bir-bir ondan hərbi quruculuğa girişməyi tələb edirlər”.

A.Göyüşov hesab edir ki, Almaniyanın hərbi güc mərkəzinə çevrilməsi fransızları və polşalıları narahat edir:

“Sözsüz ki, Almaniyanın çox qısa müddətdə çox güclü ordu qurması potensialı böyükdür. Bu heç kimdə şübhə doğurmur.

Amma məsələ o qədər asan deyil. Almaniyanın hərbi gücə çevriləcəyi ehtimalı ilk növbədə fransızların və polşalıların yuxusunu qaçırdır. Təlaş da boş yerə deyil. Təkcə son illərdə Almaniya ordusunda aparılan tədqiqatlar heyətdə radikal millətçilik ideologiyasının yüksək hədlərə çatdığı qənaətinə gəliblər. İş o yerə çatıb ki, Almaniyanın ən elit hərbi birləşməsi olan, kommandosun (KSK) 2-ci briqadası məhz orada millətçilik əhvali-ruhiyyəsini islahatlarla aradan qaldırmaq mümkün olmadığından tamamilə buraxıldı. Fəqət Almaniyanın yenidən əzəmətli ordu quruculuğuna girişəcəyi də alternativsiz perspektiv kimi görsənir”.    /Cebhe.info/

Paylaş: