27 Noyabr 2020 12:38

Azərbaycanda koronavirusa YOLUXMA 3 mini keçdi – daha 26 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 87163  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 60869 nəfər müalicə olunaraq sağalıb, 1079 nəfər vəfat edib, aktiv xəstə sayı 25215 nəfərdir.

Ölkədə son sutka ərzində 13618, hazırkı dövrədək isə 1576060 test aparılıb.

 

Paylaş: