27 Noyabr 2020 21:01

Erməni nazirlər istefaya göndərildi

Ermənistanın müdafiə naziri David Tonoyan, fövqəladə hallar naziri Feliks Tsolakyan və əmək və sosial məsələlər naziri Zauri Batoyan istefaya göndərilib.

Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sərkisyan fərman imzalayıb.

Fərmana əsasən, Tonoyanın yerinə Baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşaq Arutyunyan təyin olunub.

Qeyd edək ki, bir qədər əvvəl erməni mediası ölkənin müdafiə naziri David Tonoyanın istefa verəcəyi ilə bağlı məlumat yaymışdı.   /Axar.az/

Paylaş: