27 Noyabr 2020 11:51

Hikmət Hacızadə vəfat etdi

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə vəfat edib.

Turkustan.info-nun məlumatına görə, bu barədə onun oğlu Adnan Hacızadə məlumat verib.
Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.
 
Qeyd edək ki, H.Hacızadə noyabrın 11-də insult keçirərək Bakıdakı Respublika Müalicə-Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Xatırladaq ki, H.Hacızadə 1954-cü ildə Bakıda anadan olub. 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan “Demokratiya haqqında 150 000 işarə” kitabı 1995-ci ildə nəşr edilib. “İnsan Haqları – bəşəriyyətin əsas ideyası” (1997), “Demokratiya: Gediləsi uzun bir yol” (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir. O, Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.

Paylaş: