02 Dekabr 2020 03:57

Operativ Qərargah taksi qalmaqalına nöqtə qoydu: “Şənbə-bazar işləyəcək!”

“Şənbə-bazar günü lisenziyası olan taksilər fəaliyyət göstərəcək”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər.

Rəsmi məlumatda qeyd edilib ki, əvvəlki qərarlarda da məhdudlaşdırmalar çərçivəsində həftəsonları taksi xidmətlərinin fəaliyyətinə qadağa qoyulmayıb:

“İndi də hər hansı dəyişiklik yoxdur. Şənbə-bazar günü vətəndaşlar taksi xidmətindən istifadə edə biləcək. Narahatlıq üçün heç bir əsas yoxdur”.

Qeyd edək ki, karantin rejiminin sərtləşdirilməsi çərçivəsində rəsmi qurumlar tərəfindən şənbə-bazar günləri taksi xidmətinin fəaliyyətilə bağlı verilən təzadlı açıqlamalar vətəndaşlarda haqlı olaraq çaşqınlıq yaradıb.

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin rəsmi məlumatında şənbə-bazar günləri taksi xidmətinin fəaliyyətinə icazə verilməyəcəyi açıqlansa da, Daxili İşlər Nazirliyinin məlumatında bunun əksi yer alıb. (modern.az)

Paylaş: