27 Noyabr 2020 21:10

Rusiya Ermənistana 20 təyyarə hərbi yük göndərdi – Reyslərin sayı 226 oldu

Rusiya Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının Dağlıq Qarabağda missiyanın yerinə yetirildiyi əraziyə köçürülməsini davam etdirir.

Turkustan.info xəbər verir ki, növbəti 18 ədəd “Il-76” təyyarəsi və Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının iki An-124 “Ruslan” təyyarəsi 15-ci sülhməramlı briqadanın avadanlıqları və şəxsi heyəti ilə Dağlıq Qarabağda sülhməramlı əməliyyatda iştirak etmək üçün Ermənistana göndərilib.

İrəvan şəhərinin aerodromlarına enən təyyarələr material, silah və hərbi texnika boşaldıblar.

Gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ermənistana 33 ədəd zirehli texnika (“Tiqr”, “Rıs”), yük maşınları, təmir və bərpa vasitələri, maddi-texniki dəstək avadanlıqları və digər vasitələri çatdırıblar.

10 Noyabr 2020-ci il tarixindən bəri Rusiyadan Ermənistana ümumilikdə 226 uçuş həyata keçirilib. (teleqraf.com)

Paylaş: