02 Dekabr 2020 04:28

Şənbə-bazar yalnız bu taksilər işləyəcək – RƏSMİ

Həftəsonu yalnız lisenziyası olan taksilərin fəaliyyətinə icazə veriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyətinə icazə veriləcək:

“Bura taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir. Digərlərinin taksi kimi xidmət göstərməsi yolverilməzdir”. (modern.az)

Paylaş: