27 Noyabr 2020 12:31

Şənbə və bazar günləri taksilər işləyəcək

Şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi taksilərin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.

Turkustan.info Trend-ə istinadən xəbər verir ki, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.

Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.

Xatırladaq ki, ötən gün taksilərin həftə sonu işləməyəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Paylaş: