27 Noyabr 2020 20:39

Görüntüləri yayılan əsir əsgərlərimizdən nə xəbər var?

Əsir götürülən iki azərbaycanlı əsgər Amin Musayev və Bayram Kərimovla bağlı məlumatı olub-olmadığını Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İrəvandakı nümayəndəsi Zara Amatuni açıqlamaqdan imtina edib.

Turkustan.info-nun xəbərinə görə, erməni separatçılarının “ombudsmanı” isə BBC-yə bildirib ki, Amin Musayev və Bayram Kərimov barədə onda məlumat yoxdur, ancaq onlar yaralıdırlarsa, “çox güman ki, Ermənistanda xəstəxanadadırlar”.

Qeyd edək ki, iki yaralı əsgərimizin döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılmışdı. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da ortaya çıxmışdı.  /Axar.az/

Paylaş: